İsraillə HƏMAS arasındakı müharibəni dəyərləndirən və Qəzzadakı zorakılığa münasibət bildirən Lavrov çox açıq mesajlar verdi.
Elchi.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov gündəmlə bağlı açıqlamalar verib.
Lavrov, “Qəzza böhranının regional problemə çevrilməsi riski çox ciddidir. Rusiya məsələ ilə bağlı Türkiyə ilə əlaqə saxlayır” -deyib.
Lavrov bildirib ki, Qəzzada baş verən insan faciəsinin arxasında İranın dayanması ilə bağlı iddialar təxribatdır.
Nuranə Məmmədova