Rusiyanın Sankt-Peterburq şəhərində “Zvezda” maşınqayırma zavodunun ərazisində ikimərtəbəli bina yanır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, yanğının sahəsi 200 kvadratmetrdir. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Moskva vilayətinin Balaşixa şəhərində “Stroypark” ticarət mərkəzinin 10 min kv.m sahəsi yanıb.
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq
NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. Elchi.az xəbər verir ki,...





















Son şərhlər