Rusiyada təbii qaz boru kəmərində güclü partlayış baş verib. Partlayışdan sonra başlayan yanğında 6 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, Perm vilayətində təbii qaz kəmərində baş verən partlayış ətraf mühitə ciddi ziyan vurub.
Kəmərdən çıxan alov yaxınlıqdakı kənddəki evlərə də keçib. Yanğın nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.
Partlayışdan sonra kənd boşaldılıb və yanğın nəzarətə götürülüb.
Perm qubernatorluğu partlayışla bağlı istintaq başladıldığını açıqlayıb.
Şayəstə Hüseynova