Ukraynalı məhbusları daşıyan İl-76 tipli təyyarənin Rusiyanın Belqorod vilayətində qəzaya uğradığı açıqlanıb. Təyyarədə ümumilikdə 74 nəfərin olduğu bildirilirdi.
Elchi.az xəbər verir ki, Ukraynalı məhbusları daşıyan İl-76 tipli təyyarənin Rusiyanın Belqorod vilayətində qəzaya uğradığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi sözügedən təyyarədə 65 ukraynalı hərbi əsir, həmçinin 6 nəfərlik ekipaj və daha 3 nəfərin olduğunu bildirib.
Hadisə anının yayımlanan görüntülərində təyyarənin alov topuna çevrildiyi görülüb.
Nuranə Məmmədova