Rusiyada avtomobillərin ehtiyat hissələri bahalaşdı

38

2022-ci ildə Rusiyada xarici avtomobillərin ehtiyat hissələri kəskin bahalaşıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Sığortaçıları İttifaqından məlumat verilib.
Məlumata görə, ən çox bahalaşma “Honda” (59%), “Volvo” (51%) və “Mazda” (49%) avtomobillərinin ehtiyat hissələrində qeydə alınıb.
Bundan başqa, “Land Rover” (46%), “İnfiniti” (42%), BMV, “Mersedes” (41%), “Suzuki”, “Audi” (38%) avtomobillərinin də ehtiyat hissələrində ciddi bahalaşma qeydə alınıb.
“Mitsubişi”, “Nissan”, “Leksus”, “Toyota”, “Şkoda”, “Hunday”, “Kia”, “Volksvagen” və “Şevrolet” avtomobillərinin ehtiyat hissələrinin də qiymətində 31-27 faiz artım olub.
Rusiya istehsalı olan “Lada” və UAZ markalarının isə ehtiyat hissələrində bahalaşma nisbətən az olub – 12%.