40 xəstə infeksiyadan dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Rusiyada COVID-19 ilə Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, son sutka ərzində 5914 yeni koronavirusa yoluxma halı aşkarlanıb.
Ən çox yeni hal Moskvada qeydə alınıb, burada gündə 2005 hadisə aşkarlanıb. Yeni yoluxmaların sayına görə ikinci yerdə Sankt-Peterburqdur, burada 674 nəfərdə infeksiya aşkarlanıb, üçüncü yerdə isə 263 yeni xəstə ilə Moskva vilayəti qərarlaşıb.
Həmçinin, son sutka ərzində Rusiyada 40 nəfər koronavirusdan ölüb, 837 xəstə isə infeksiya ilə xəstəxanaya yerləşdirilib. 5 154 nəfər koronavirusdan sağalıb.
Beləliklə, Rusiyada COVID-19 pandemiyasının başlanğıcından indiyədək 21 876 336 yoluxma halı aşkarlanıb. 394 569 nəfər ölüb, 21 293 221 dəfə infeksiyadan sağalıb.
Şayəstə