Son sutka ərzində COVID-19-dan 47 nəfər ölüb.
Elchi.az xəbər verir ki, COVID-19-la Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, son sutka ərzində Rusiyada 5078 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Ən çox yeni hal Moskvada qeydə alınıb, burada gündə 1728 xəstəlik aşkarlanıb. Yeni yoluxmaların sayına görə ikinci yerdə 442 nəfərin xəstələndiyi Sankt-Peterburq, üçüncü yerdə Sverdlovsk vilayətidir – 248 yeni yoluxma halı var.
Bundan başqa, son sutka ərzində 47 nəfər koronavirusdan ölüb, 876 xəstə infeksiya diaqnozu ilə xəstəxanalara yerləşdirilib. 4271 nəfər koronavirusdan sağalıb.
Belə ki, Rusiyada COVID-19 pandemiyasının başlanğıcından indiyədək 21 846 722 yoluxma halı aşkarlanıb. 394 309 xəstə vəfat edib, 21 267 545 dəfə koronavirusdan sağalıb.
Şayəstə