Vida mərasimi Ufadakı “Başqırdıstan” DGK-da keçirilir.
Elchi.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin cümə günü, yanvarın 13-də iki gün əvvəl uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edən Başqırdıstanın ilk prezidenti Murtaza Rəhimovla vida mərasiminə gəlib.
Vida mərasimi Ufadakı Başqırdıstan Dövlət Mədəniyyət Mərkəzində baş tutacaq.
KP.RU saytının daha əvvəl yazdığı kimi, Murtaza Rəhimov 2023-cü il yanvarın 11-də 88 yaşında vəfat edib. Başqırdıstan Qurultayının sədr müavini Rustem Axmadinurov Başqırdıstanın ilk prezidenti ilə bağlı konkret diaqnoz qoymadan siyasətçinin “ağır uzun sürən xəstəlikdən” sonra dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, Murtaza Rəhimov 1993-2010-cu illərdə Başqırdıstanın prezidenti olub. Bundan əvvəl siyasətçi daha üç il Başqırdıstan MSSR Ali Sovetinə rəhbərlik edib.
Şayəstə