Elchi.az xəbər verir ki, koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargahın məlumatına görə, son sutka ərzində Rusiyada 4675 COVID-19 yoluxma faktı qeydə alınıb. Pandemiyanın başlanğıcından indiyədək 21 841 644 yoluxma halı müəyyən edilib.
12 yanvar 2023-cü il tarixinə Moskva gündə 1539 nəfərin yoluxduğu göstəriciyə görə lider olub. İkinci yerdə 396 hadisə ilə Sankt-Peterburqdur. İlk üçlüyü Moskva vilayəti qapayır – 232 yoluxmuşdur.
Bundan əlavə, gün ərzində həkimlər 48 ölüm faktını qeydə alıblar. Daha 4541 xəstə sağalma sertifikatı alıb. Ölənlərin ümumi sayı 394 262 nəfərə çatıb, 21 263 274 nəfər sağalıb.
Şayəstə