Rusiya Ukraynanın Zaporojya şəhərinə növbəti dəfə hücum edib
Elchi.az xəbər verir ki, Ukrayna rəsmiləri axşam saatlarında Zaporojyada Dnepr çayı sahilində yerləşən Reikartz otelinin Rusiya raketi ilə hədəf alındığını, hücumda 1 nəfərin öldüyünü, 2-si uşaq olmaqla 14 nəfərin yaralandığını bildirib.
Polisin verdiyi açıqlamada hücumun yerli vaxtla saat 19:20-də “İsgəndər” raketi ilə həyata keçirildiyi bildirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski “Zaporojya şəhəri hər gün Rusiyanın bombardmanından əziyyət çəkir. İşğalçılar mülki binanı raketlə vurduqdan sonra yanğın başlayıb.”
Digər tərəfdən, dünən Rusiyanın Zaporojya şəhərinə hücumda 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Nuranə Məmmədova