ABŞ-ın Moskvadakı yeni səfiri Lin Treysi yanvarın 30-da Rusiya Xarici İşlər Nazirliyində olub.
Elchi.az Rusiya XİN-nin saytına istinadən xəbər verir ki, Rusiya diplomatik departamentinin rəis müavini Sergey Ryabkov Lin Treysi ilə danışıqlar aparıb. Amerika səfiri görüşdə etimadnaməsinin surətlərini təqdim edib.
Treysi qeyd edib ki, ondan Rusiya qanunlarına ciddi əməl etməsi və daxili işlərə qarışmaması gözlənilir.
Bu arada ABŞ səfirliyi də Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşün yekunlarına dair bəyanat yayıb. Qeyd olunur ki, Lin Treysi misli görünməmiş gərginlik dövründə Vaşinqtonla Moskva arasında dialoqun davam etdirilməsinə xüsusi diqqət yetirəcək.
Amerika səfirinin təxminən yarım saat Rusiya Xarici İşlər Nazirliyində qaldığı qeyd edilir.
Linn Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadındır. O, bundan əvvəl Ermənistandakı Amerika diplomatik missiyasına rəhbərlik edib.
Yeganə