Rusiyalı və iranlı diplomatlar Moskvada ABŞ və İsrailin Tehran ətrafında yaratdığı böhrandan çıxış perspektivlərini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
“Amerika-İsrail təcavüzünün İrana qarşı yaratdığı böhranın aradan qaldırılması və İranın nüvə proqramı ətrafında nizamlanma perspektivlərinə böyük diqqət yetirilib”, — deyə silahlanmaya nəzarət, tərksilah və silahların yayılmaması mövzusunda keçirilən Rusiya-İran XİN-lərarası məsləhətləşmələrinin yekunlarına dair nazirlikdən qeyd olunub.
Məryəm





















