İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Rusiyaya səfəri təsdiqlənib.
Elchi.az-ın RİA Novostiyə istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.
“Səfər gözlənilir, tarixlər müəyyənləşdirilir, hələ cavab almamışıq, ona görə də heç nə deyə bilmərəm. Səfər təxirə salınıb, ləğv olunmayıb”, – deyə Kabulov bununla bağlı suala cavab verib.
Xatıladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında yanvarın 17-nə planlaşdırılan danışıqların təxirə salındığını açıqlamışdı.
Yeganə