Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi adaların Rusiya Federasiyasının tərkib hissəsi olduğu üçün Moskva Cənubi Kuril adalarının Yaponiyanın Mavi diplomatiya kitabında qeyd olunmasını əhəmiyyətsiz hesab edir.
Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Tokio bu kitabda mütəmadi olaraq Rusiyaya qarşı əsassız ərazi iddialarını əks etdirən qondarma hüquqi mövqe ortaya qoyur. “Qeyri-qanuni işğal” ifadəsi əvvəllər də yapon siyasətçiləri tərəfindən istifadə olunub.
“Cənubi Kuril adaları İkinci Dünya Müharibəsinin nəticələrindən sonra hüquqi, o cümlədən beynəlxalq əsaslarla Rusiya Federasiyasının ərazisinin ayrılmaz hissəsidir. Bu, Yaponiyanın qaça bilməyəcəyi reallıqdır”, – XİN bu faktın tanınmasının qaçılmaz olduğunu xatırladıb.
2022-ci ilin martında Rusiya Yaponiya ilə sülh sazişi üzrə danışıqlardan çıxıb. Moskva həmçinin Kuril adalarının cənubunda birgə iqtisadi fəaliyyətlərin yaradılması üzrə dialoqun dayandırıldığını açıqlayıb. bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlaması ilə əlaqədar Tokionun tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab idi. Yaponiya-Rusiya münasibətlərində mövcud çətin vəziyyətə baxmayaraq, Yaponiya hələ də sülh sazişi bağlamaq istəyir.
Havar Şəfiyeva