Ukrayna prezidenti Volodimir Zelenski iyunun əvvəlində Türkiyənin İstanbulda ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşma çərçivəsində Rusiya ilə daha bir məhbus əsgər mübadiləsi həyata keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Zelenski Telegram hesabında Rusiya ilə daha bir məhbus əsgər mübadiləsi apardıqlarını bildirib və iki ildən artıqdır əsir olan Ukrayna əsgərlərinin ölkəyə qaytarıldığını qeyd edib.
“Xalqlarımızı geri qaytaran hər kəsə minnətdaram. Biz hər kəsi geri qaytarana qədər mübadilələrin davam etməsini təmin etmək üçün çalışırıq”, – Zelenski bildirib.
Ukrayna Hərbi Əsirlərin Müalicəsi Koordinasiya Mərkəzinin Telegram hesabından verilən açıqlamada Rusiya ilə əsir mübadiləsi nəticəsində ağır yaralı və ağır xəstə olan Ukrayna əsgərlərinin ölkəyə qaytarıldığı bildirilib.
Rusiya Ukraynadan bir qrup əsgərin əsir götürüldüyünü açıqlayıb
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, İstanbulda Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmalar çərçivəsində bir qrup rus əsgərinin Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən əsir götürüldüyü bildirilib.
Bunun müqabilində əsir götürülən bir qrup Ukrayna əsgərinin Ukrayna tərəfinə verildiyi vurğulanan bəyanatda, “Əsir alınan rus əsgərləri Belarusdadırlar və onlara lazımi psixoloji və tibbi dəstək verilir. Əsgərlərin hamısı Müdafiə Nazirliyinə bağlı sağlamlıq mərkəzlərindən müalicə olunmaq üçün Rusiyaya gətiriləcək”.
Ukrayna və Rusiya tərəfindən verilən açıqlamalarda əsir mübadiləsində iştirak edən əsgərlərin sayı barədə məlumat verilməyib.
İstanbulda müxtəlif razılaşmalar əldə edildi
İyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərlə 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar əldə edilib.
Bu müqaviləyə əsasən, Rusiya ilə Ukrayna arasında 9, 10, 12, 14 və 19 iyun tarixlərində beş mərhələdə yaşı 25-dən az olan əsgərlərin, ağır xəstə və yaralı əsgərlərin əsir mübadiləsi həyata keçirilib.
Nuranə Məmmədova


















