İsrail Səhiyyə Nazirliyi İranın cavab hücumları nəticəsində 21-i ağır olmaqla 2217 israillinin yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyindən verilən açıqlamada , İsrailin İrana hücumlarının başlamasından bu yana 2517 yaralının xəstəxanalara aparıldığı, onlardan 21-nin vəziyyətinin ağır, 103 nəfərin isə orta ağır olduğu bildirilib.
Xəstəxanaya qaldırılanlar arasında 107 nəfərin panik atak keçirdiyi ifadə edilən açıqlamada, gecə ərzində 54 yaralının Red Star of David təcili yardım maşınları və ya öz vasitələri ilə xəstəxanalara gətirildiyi qeyd edilib.
Açıqlamada yaralıların əksəriyyətinin cümə gününə kimi xəstəxanalardan buraxıldığı və hazırda yalnız 132 nəfərin xəstəxanada, 55 nəfərin isə təcili yardım otaqlarında müalicə aldığı bildirilib.
İsrail hökuməti ümumiyyətlə İranın repressiyaları nəticəsində maddi ziyanın və ya insan itkisinin miqyasını ortaya qoyan xəbərlərə ciddi senzura və məhdudiyyətlər qoyur.
Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub.
İranın Səhiyyə Nazirliyi iyunun 15-də İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi sayının 224, yaralıların sayının isə 1277-dən çox olduğunu açıqlayıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Nuranə Məmmədova

















