Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Ukrayna Ali Radasının Ombudsmanı Dmitri Lubints ilə Türkiyədə mümkün görüş barədə məlumat verib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, T.Moskalkova görüşün yanvarın 12-14-də keçirilə biləcəyini qeyd edib.
Moskalkova bu günlərdə Türkiyədə türk ombudsmanının təşkilatçılığı ilə böyük forumun keçiriləcəyinə aydınlıq gətirib:
“Biz görüşün mümkünlüyü və təxmini gündəliyi haqqında danışdıq”, – Rusiya ombudsmanı qeyd edib.
O, bildirib ki, rusiyapərəst fikirlərinə görə təqib olunan dinc sakinlərdən, o cümlədən Ukrayna vətəndaşlarından çoxlu müraciətlər var.
Yeganə