Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor Rusiya və Çin donanmalarının Alyaska sahillərində birgə təlimləri ilə bağlı danışıb. Elchi.az xəbər verir ki, o, bu barədə “YouTube” bloqunda danışıb.
Makqreqor qeyd edib ki, Rusiya NATO-nun Baltik dənizindəki manevrlərini uzun müddətdir izləyirdi. Moskva dəfələrlə Qərbə bu hərəkətlərin təhlükəsi barədə xəbərdarlıq edib və təlimlərin öz sərhədlərindən uzaqlaşdırılmasını istəyib, lakin ABŞ bu bəyanatlara məhəl qoymayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Çin gəmiləri Sakit okeanda birgə patrul xidməti həyata keçirib.
Havar Şəfiyeva