Rusiya və Yaponiya arasında gərginlik! Döyüş təyyarələri havaya qalxdı

🗓 01.11.2023 08:34 ✍️ "Elçi" qəzeti
Rusiya və Yaponiya arasında gərginlik! Döyüş təyyarələri havaya qalxdı
Bildirilib ki, Rusiya helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində milli hava məkanını pozub. Elchi.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın milli hava məkanına daxil olub. Hava məkanının pozulmasından sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri ələ keçirmə uçuşu həyata keçirib. Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib. Analoji hava məkanı pozuntusu sonuncu dəfə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya hücumları başladıqdan sonra baş verib. Nuranə Məmmədova

Bənzər yazılar