Rusiya Ukraynanın hücumlar təşkil etdiyini açıqlayıb

103

Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dənizdə müxtəlif bölgələrə və Rusiya hərbi gəmisinə pilotsuz uçuş və dəniz vasitələri ilə hücumlar təşkil etdiyini açıqlayıb.
Nazirlikdən hücumlarla bağlı verilən ayrı-ayrı açıqlamalara görə, Ukrayna dünən gecədən başlayaraq müxtəlif saatlarda Belqorod bölgəsində bir dəfə, Bryansk bölgəsində üç dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib.
Açıqlamaya görə, hücumların qarşısı alınıb.

Şayəstə Hüseynova