Rusiya , İran və Türkiyənin birgə bəyanatında deyilir ki, İsrail Suriyaya hücum edərək beynəlxalq hüququ və ölkənin ərazi bütövlüyünü pozub .
Elchi.az xəbər verir ki, TASS məlumat yayıb.
Sənədin mətnini Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev Suriya üzrə Astana formatında keçirilən beynəlxalq toplantıda bildirib.
RF, Türkiyə, İran İsrailin Suriyadakı bütün hərbi hücumlarını pisləyib, bu hərəkətləri beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, Suriyanın suverenliyi və ərazi bütövlüyünə zidd hesab edib, Bakaev sitat gətirib.
Bundan əlavə, Rusiya Federasiyası, Türkiyə və İran Qəzza zolağında baş verən humanitar fəlakətdən narahat olduqlarını bildiriblər və “İsrailin fələstinlilərə qarşı amansız hücumunu” dayandırmağın vacibliyinə işarə ediblər. Tərəflər həmçinin Ankara ilə Dəməşq arasında qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında münasibətlərin bərpası üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nuranə Məmmədova