Rus ordusu Soledar şəhərini tutub, lakin bu, Baxmutun mühasirəyə alınmasına gətirib çıxarmayacaq.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rus ordusu Soledarın hamısına olmasa da, böyük hissəsinə nəzarəti ələ keçirib və Ukrayna qüvvələrini şəhərin qərb kənarından sıxışdırıb çıxarıb. Amma rusların bu üstünlüyü onlara Baxmutu mühasirəyə almağa imkan verməyəcək. Rusiya qüvvələri Baxmut bölgəsində yüksək hücum tempini saxlamağa cəhd edə bilər, lakin bu səylər əməliyyat baxımından əhəmiyyətli nəticələrə gətirib çıxarmayacaq, çünki onlar döyüş gücünü itiriblər”, – məlumatda deyilib.
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...





















Son şərhlər