Rusiya rublu gücləndirmək üçün Türkiyə ilə razılaşıb – “Röyters”

66

Türkiyə hakimiyyəti Rusiyaya qaz tədarükü üçün rublla ödəniş etməyə başlayıb. Qarşıdakı aylarda məbləğ artırılacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyin məlumat yayıb.
Qeyd olunub ki, Moskva öz valyutasını gücləndirmək üçün alıcılarından tədarük haqqını rublla ödəməyi xahiş edir. Eyni zamanda, Ankara lirədən istifadə edərək ticarəti stimullaşdırmağa çalışır.
“Sentyabr ayında Rusiya Türkiyə ilə qaz üçün rubl ödənişlərinin başlanmasına dair razılığa gəlib. Türkiyənin energetika naziri Fateh Dönməzin sözlərinə görə, Ankara bu ilin sonuna qədər qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayacaq”, – agentlik qeyd edib.