Elchi.az xəbər verir ki, Rusiyaya qarşı müharibənin davam etdiyi Ukraynanın Dnepr şəhərində gecə saatlarında Rusiya qüvvələrinin raket hücumları nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib.
Ukraynanın bir milyondan çox əhalisi olan Dnepr şəhərinə 4 raket hücumu nəticəsində gecə saatlarında şəhərin sənaye zonasında bəzi binalar dağılıb, burada dayanan yük maşınları da yandırılıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin Dnepr regional rəhbərinin müavini Oleq Kuşneryuk Rusiya qüvvələrinin Dneprdə mülki infrastrukturlara 4 raket hücumu həyata keçirdiyini və şəhərdə ciddi dağıntıların olduğunu bildirib.
“Hücumlarda heç kim xəsarət almayıb və ölən olmayıb”, – Kuşneryuk bildirib.
Şayəstə