Elchi.az xəbər verir ki, Çin arxipelaqda üzən ABŞ hərbi gəmisini təqib edərək Cənubi Çin dənizi üzərində suverenlik iddiası ilə bağlı xəbərdarlıq edib.
Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının sözçüsü Tian Junli, Çin qüvvələrinin Nanşa adaları ətrafında səyahət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket kreyseri USS Chancellorsville-i izlədiyini açıqlayıb və təxliyyə edilməsi barədə xəbərdarlıq edib.
ABŞ-ı “bölgədə sülhə qarşı təxribatçı” olaraq xarakterizə edən Tian, “ABŞ ordusunun hərəkətləri Çinin suverenliyi və təhlükəsizliyinin ciddi şəkildə pozulması, eləcə də Cənubi Çin dənizində dəniz üzərindəki hegemonluğun və hərbiləşdirmənin təkzibedilməz sübutudur, ” ifadəsini işlətdi.
İyul ayında Çin ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Benfold döyüş gəmisinin Nanşa adaları ətrafındakı ərazi sularını pozduqdan sonra çıxarıldığını iddia edib.
Şayəstə