Rusiya Xarici İşlər Nazirliyi Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə raket zərbəsi ilə bağlı araşdırmanın qərəzsiz aparılacağına ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada xatırladılıb ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-də Polşa ərazisində 2 nəfərin həyatını itirdiyi bu hadisədə Rusiyanın iştirakının olmadığı barədə açıqlama verib.
Buna baxmayaraq, bəzi NATO-ya üzv ölkələrin və medianın Rusiyanın günahkar ola biləcəyinə ifrat reaksiyalar verdiyi qeyd edilib və Kiyev rəhbərliyinin də bütün fürsətlərdən istifadə edərək Rusiyanı günahlandırdığı bildirilib.
İlk təsbitlərə görə, hadisə ilə bağlı məlumatların Ukraynaya işarə edildiyi ifadə edilən bəyanatda, “Qərəzsiz araşdırma aparılacağına və bu təxribatı ortaya çıxaracaq nəticələrin dərc ediləcəyinə əminik” ifadələri işlədilib.
Şayəstə