Bu gün və sabah İstanbulda Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən verilən məlumata görə, Rusiya nümayəndə heyəti taxıl koordinasiya mərkəzinə baş çəkəcək.
Dekabrın 8-9-da İstanbulda Türkiyə ilə Rusiya Federasiyası arasında xarici işlər nazirinin müavini səfir Sedat Önal və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin başçılıq etdiyi nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Diplomatik mənbələrdən verilən məlumata görə, BMT-nin taxıl sazişinin icrası, Ukrayna, Suriyadakı vəziyyət və transsərhəd humanitar yardımla bağlı BMT mexanizmi, Liviya və Fələstin kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Nazir müavini Verşinin sabah İstanbul Taxıl Sazişi çərçivəsində fəaliyyətini davam etdirən Birgə Koordinasiya Mərkəzinə baş çəkməsi, dekabrın 10-da Rusiya nümayəndə heyəti ilə taxıl daşınması üçün çöl baxışı keçirməsi də planlaşdırılır./trthaber/
Şayəstə