Rusiya pilotsuz təyyarənin ölkənin cənubunda neft emalı zavodunun üzərinə düşdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Çərşənbə günü Rusiyanın cənubundakı Krasnodar vilayətində pilotsuz təyyarə İlski neft emalı zavodunun üzərinə düşüb.
Bu, heç bir insan tələfatına və ya infrastruktura ziyan vurmayıb.
Putin: PUA-nın Moskvaya hücumu terror aktıdır
Rusiya hakimiyyəti daha əvvəl Azov dənizinin o tayında yerləşən İlski neft emalı zavodunun Ukraynadan gələn pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirmişdi.
Çərşənbə axşamı Rusiya Moskvaya pilotsuz təyyarələrin endirilməsi dalğasında Ukraynanı ittiham edib.
Şayəstə Hüseynova