Rusiya iyulun 1-dən Kuba ilə müntəzəm uçuşları bərpa edəcək.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Dmitri Çernişenko məlumat verib.
O, əlavə edib ki, müvafiq göstəriş “Aeroflot”-a verilib.
Çernişenko Kubanı ölkənin Mərkəzi Amerikadakı əsas tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, iki dövlət arasında iqtisadi əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirilməsi qərarı tamamilə məntiqlidir.
Yeganə