Krım hökumətinin rəhbəri Sergey Aksenov Krım Tatar Məclisinin fəaliyyət göstərmədiyini bildirib.
Axar.az xəbər verir ki, Aksenov bunu Kommersant qəzetinə müsahibəsində deyib.
“Mənim fikrimcə hüquqi nöqteyi-nəzərdən belə bir təşkilat fəaliyyət göstərmir. Hansı Məclis? Bu təşkilat heç lazımınca qeydiyyatdan keçməyib”, – Aksenov bildirib.
Onun sözlərinə görə, Məclis Krım tatarları arasında kifayət qədər nüfuza sahib deyil:
“Əgər sosioloji sorğu keçirilsə, görərsiz ki, Krım tatarlarının yalnız 15-20 faizi Məclisi dəstəkləyir”.
Aksenov onu da qeyd edib ki, Krımın Rusiyaya birləşdirilməsini tanımamağa yönəlmiş hər bir addıma qanunla cavab veriləcək və çox sərt mövqe olacaq.