Rusiya Krım tatarlarını hədələdi

🗓 22.09.2014 13:47 ✍️ "Elçi" qəzeti
Krım hökumətinin rəhbəri Sergey Aksenov Krım Tatar Məclisinin fəaliyyət göstərmədiyini bildirib.1411373656aksenov   Axar.az xəbər verir ki, Aksenov bunu Kommersant qəzetinə müsahibəsində deyib.   “Mənim fikrimcə hüquqi nöqteyi-nəzərdən belə bir təşkilat fəaliyyət göstərmir. Hansı Məclis? Bu təşkilat heç lazımınca qeydiyyatdan keçməyib”, - Aksenov bildirib.   Onun sözlərinə görə, Məclis Krım tatarları arasında kifayət qədər nüfuza sahib deyil: “Əgər sosioloji sorğu keçirilsə, görərsiz ki, Krım tatarlarının yalnız 15-20 faizi Məclisi dəstəkləyir”.   Aksenov onu da qeyd edib ki, Krımın Rusiyaya birləşdirilməsini tanımamağa yönəlmiş hər bir addıma qanunla cavab veriləcək və çox sərt mövqe olacaq.  

Bənzər yazılar