Rusiya: Kiyevə məxsus 2 təyyarə tipli PUA məhv edilib

96

Rusiya Müdafiə Nazirliyi Kaluqa və Tver bölgələrində iki Ukrayna təyyarəsi tipli pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Kiyevin gecə saatlarında 2 təyyarə tipli PUA ilə Rusiya ərazisindəki obyektlərə hücum cəhdinin qarşısı alındığı qeyd edilib.
Açıqlamada, hava hücumundan müdafiə sistemlərinin Kaluqa və Tver vilayətlərinin hava məkanlarında Ukraynaya məxsus PUA-larını məhv etdiyi bildirilib.

Şayəstə Hüseynova