Düşmən itki verərək Baxmutski, Zaitsevo və Yakovlevka yaxınlığında geri çəkilib. Verşina və Daça qəsəbələrində işğalçılarla döyüşlər hələ də davam edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Baxmut istiqamətində düşmən Baxmut, Konstantinovka, Pereyezdnoye, Veseloye, Baxmutski, Vesolaya Dolina, Yakovlevka, Verşina və Zaitsevo yaxınlığındakı qoşunlarımızı tank və artilleriyadan atəşə tutub. Düşmən Baxmutskoye və Zaitsevo yaxınlığında uğursuz hücum əməliyyatları keçirib. Onlar itki verərək geri çəkilib”, – məlumatda deyilib.
Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır
Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...





















Son şərhlər