Rusiya İranla 4 milyard dollar dəyərində təbii qaz sazişi imzalayıb

74

İranın neft naziri Cavad Ovci Rusiya ilə təbii qaz yataqlarının işlənməsi və ixracını əhatə edən təxminən 4 milyard dollarlıq müqavilə imzaladıqlarını bildirib.

Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, neft naziri Cavad Ovci Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında enerji sahəsindəki inkişaflara toxunub.

Ovci, “Rusiya ilə təbii qaz yataqlarının işlənməsi və ixracı üçün nəql xətlərində təxminən 4 milyard dollarlıq müqavilə bağladıq” dedi. dedi.
Rusiyanın enerji şirkəti Qazprom ilə təxminən 40 milyard dollarlıq ilkin müqavilə imzaladıqlarını xatırladan Ovci, Rusiyanın digər enerji şirkəti ZN Vostokun da İrana sərmayə qoyduğunu açıqladı.

Şayəstə