İran-Rusiya Birgə Ticarət Palatasının rəhbəri Hadi Tizxuştaban Rusiya Federasiyasının İranda ən böyük xarici sərmayəçiyə çevrildiyini bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya tərəfi digər məsələlərlə yanaşı, 2021-ci ilin oktyabrından cari ilin əvvəlinə qədər olan dövrdə ümumi xarici investisiyanın 45%-ni təşkil edən iki yerli neft layihəsinə 2,7 milyard dollar sərmayə qoyub.
Tizxuştaban bəyan edib ki, Rusiyanın İrandakı layihələri müxtəlifdir və enerji, dəmir yolu, avtomobil, kənd təsərrüfatı daxildir. Tehran da öz növbəsində Moskva ilə qida və avtomobil məhsulları ticarəti edir.
Palata rəhbəri əlavə edib ki, 2022-ci ildən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları İranın sanksiyaları ilə müqayisə etmək olar və bu vəziyyətdə əməkdaşlığa maraq daha da artıb”.
Yeganə