"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rusiya iqtisadiyyatı çökür: Putin nüvə silahına əl atacaq?

17 Dekabr 2014 - 02:34
in DÜNYA
FacebookVatsap

Dünya bazarlarında neftin qiymətinin durmadan aşağı enməsi və Qərbin tətbiq etdiyi sanksiyalar üzündən Rusiya iqtisadiyyatı sürətlə çökür.

Bunu da oxuyun

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Dekabrın 16-na keçən gecə Mərkəzi Bankın faiz dərəcələrini kəskin artırmasından sonra Moskva Banklararası Valyuta Birjasında rublun sürətli çöküşü başlayıb. Son məlumatlara görə, günün ikinci yarısında 1 dollar 78 rubla, 1 avro 100 rubla çatıb. Bununla da bir gün ərzində dollar 10 rubl, avro 12 rubl bahalaşıb. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə isə 1 dollar 78 rubl həddində qalıb, 1 avro isə 91 rubla düşüb.

Bu, Rusiyada 1999-cu ildə yaşanan və “Qara bazar ertəsi” kimi yadda qalan defoltu xatırladır.

Mərkəzi Bank faiz dərəcələrini kəskin artıraraq rublun dəyərdən düşməsinin qarşısını almağa çalışsa da bu tədbir gözlənilən effekti verməyib. Mərkəzi Bankın rəhbəri Elvira Naibullina bildirib ki, faiz dərəcələrinin qaldırılmasının effekti ani olmayacaq və bazarın bütün iştirakçıları zəif rublla yaşamağa öyrənməlidir.

“Rublun zəifləməsi Rusiya iqtisadiyyatının yeni şərtlərə adaptasiyası üçün siqnaldır. Biz rubl zonasında yaşamağı öyrənməli, böyük ölçüdə öz maliyyə mənbələrimizə arxayın olmalıyıq” – deyə E.Naibullina bildirib.

Kreml isə Mərkəzi Bankın faiz dərəcələrini kəskin artırmasını və rublun sürətlə dəyərdən düşməsini şərh etmir. Analitiklərin qənaətinə görə, valyuta bazarında yaşanan panika Mərkəzi Bankın rublun ucuzlaşmasının qarşısını almaq üçün müdaxilə etməməsindən qaynaqlanır.

“Societe Generale” bankından analitik Benua Ann “Financial Times”ə Rusiyada baş verənləri şərh edərkən deyib ki, ola bilsin Rusiya hələ maliyyə böhranı təhlükəsi qarşısında deyil, ancaq investisiya statusunu itirmək üzrədir.

Londondakı “Standart Bank”dan Timoti Eş də onunla həmfikirdir. Onun sözlərinə görə, rublun sürətlə çökməsi investorların Rusiya iqtisadiyyatına etimadının olmamasından irəli gəlir. Bunun səbəbləri isə siyasidir, geosiyasi risklərlə və Rusiya hakimiyyətinin siyasi tədbirlərinin olmaması ilə əlaqəlidir. Şübhəsiz ki, neftin ucuzlaşması da öz təsirini göstərib.

Rusiya iqtisadiyyatında baş verənlər qonşu ölkələrdə də böyük narahatlıqla izlənir. Artıq Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə tapşırıb ki, ölkədə istehsal olunan malları satmaq üçün bir neçə həftə ərzində yeni bazarlar tapsınlar. Əks halda ölkəni defolt, sənayenin çökməsi, işsizlik və inflyasiya gözləyir. Rusiya Belarus malları üçün əsas bazar idi və Belarus istehsalı olan malların 80 faizdən çoxu Rusiyada satılırdı. İndi bu rəqəm 40 faizə enib.

Qazaxıstan üçün də Rusiya əsas bazardır, Ermənistan iqtisadiyyatı isə tamamilə Rusiyadan asılıdır.

Bu səbəbdən Rusiyadakı böhranın ilk mənfi təsirləri Avrasiya İttifaqına üzv olan ölkələr öz üzərlərində hiss edirlər. Əgər Rusiyada iqtisadi çökmə bu templə davam edərsə, tezliklə həmin ölkələr də milli valyutanın kəskin ucuzlaşması və defoltla üzləşə bilərlər.

Şübhəsiz ki, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycanda da narahatlıqla izlənir. Doğrudur, Azərbaycan iqtisadiyyatının Rusiya iqtisadiyyatından güclü asılılığı yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları üçün əsas bazarlardan biridir. Eyni zamanda bu ölkədə 2 milyona yaxın azərbaycanlı var və onların gəlirlərinin rublun ucuzlaşması nəticəsində kəskin azalması, habelə bizneslərinin çökməsi Azərbaycana da dolayısı ilə təsir edəcək.

Qərbin Rusiya iqtisadiyyatını çökdürməyə yönəlmiş planları açıq şəkildə ortadadır və bu plana “soyuq müharibə” dövründə olduğu kimi nefti sürətlə dəyərdən salmaq da daxildir.

Son hadisələr fonunda neftin sürətlə ucuzlaşmasının Səudiyyə Ərəbistanı ilə ABŞ tərəfindən Rusiyanı çökdürməyə hesablanmış plan olduğuna inananların sayı getdikcə artır.

Ancaq Qərb Rusiya iqtisadiyyatının böhrana doğru getməsindən məmuniyyətini gizlətməsələr də orada narahatlıqlar da var. Bir çox analitiklər hesab edirlər ki, Putini bu cür güncə sıxışdırmaq olduqca təhlükəlidir. Çünki onun əlində güclü ordu və nüvə silahı var.

Analitiklər təsadüfi hesab etmirlər ki, son vaxtlar Rusiya strateji nüvə bombardmançıları tez-tez NATO ölkələrinin hava sərhədləri yaxınlığında görünürlər.

Əgər Rusiya iqtisadiyyatı çöksə, o zaman Putin nə edəcək? Qərblə kompromisə gedib Krımı geri qaytaracaq, yaxud Ukraynanın şərqindəki separatçılara dəstəyi kəsib sərhədi bağlayacaq? Yoxsa sərt anti-Qərb ritorikasına son qoyub ABŞ-la münasibətləri “perezaqruzka” edəcək?

Putinə bələd olanlar hesab edirlər ki, bunların heç biri baş verməyəcək. Əgər iqtisadiyyat çöksə, Putin hesab edə bilər ki, ən yaxşı çıxış yolu xalq kütlələrinin qəzəbini Rusiyanı çökdürmək və dağıtmaq üçün əldən-ayaqdan gedən Qərbə və Avropaya yönəltməkdir. Bunun isə dünya üçün hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək çətindir.

Bu baxımdan Qərbdə Rusiya iqtisadiyyatının çökməsindən sevinsələr də “yaralı Putinin daha təhlükəli ola biləcəyini” də narahatlıqla qeyd edirlər.

Məsələn, “Fortune” jurnalında dərc edilmiş məqalədə deyilir ki, rublun çökməsi Rusiyanın Ukrayna məsələsində güzəştə getməsinə səbəb olmayacaq. Əksinə, Kreml təbliğatı Rusiyanın bütün problemlərinin səbəbkarının Qərb olduğu barədə təbliğatını daha da gücləndirəcək.

“İstənilən halda nəticələr həm Rusiya üçün, həm də bütün dünya üçün çox kədərli olacaq. Yeganə alternativ variant Putinin saray çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bu da zamanla rus ənənəsində sınaqdan çıxmış yoldur. Ancaq 1991-1993-cü illəri xatırlayanlar bilir ki, bütün bunların axırı necə pis qurtara bilər” – deyə jurnal yazır.

Virtualaz.org

Previous Post

Rusiya iqtisadiyyatı çökür: Putin nüvə silahına əl atacaq?

Next Post

Google 2014-ün ən çox edilən sorğularını açıqladı

Bənzər yazılar

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

30 Avqust 2026 - 19:50

ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən atışmada iki nəfər ölüb, doqquz sakin yaralanıb. Elchi.az  "NBC News"a istinadən xəbər verir...

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib. Elchi.az  "Associated...

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib. Elchi.az  "Associated...

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50

ABŞ-nin Missisipi ştatında yerləşən Maqi şəhərinin şimal-şərqində atışma baş verib. Elchi.az WJTV-yə istinadən xəbər verir ki, bu barədə yerli polis...

Next Post

Google 2014-ün ən çox edilən sorğularını açıqladı

Google 2014-ün ən çox edilən sorğularını açıqladı

Son xəbərlər

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53
Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

30 Avqust 2026 - 19:50
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

30 Avqust 2026 - 19:48
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

30 Avqust 2026 - 19:45
“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

30 Avqust 2026 - 12:50
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.