Rusiya ilə Türkiyənin Cənubi Qafqazda əməkdaşlığı ilə bağlı vəziyyət birmənalı deyil.
Elchi.az Tass.ru-ya istinadən bildirir ki, bu fikirləri həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
Onun sözlərinə görə, təmas nöqtələri var və elə məqamlar olur ki, orada Rusiya və Türkiyənin mövqeləri fərqlənir:
“Lakin biz ümumi olaraq danışmamalı, qarşılıqlı fəaliyyətin konkret hissəsini dəyərləndirməliyik”.
Zaxarova qeyd edib ki, Cənubi Qafqaz yolunda, Suriya məsələsində uğurlu əməkdaşlıq nümunəsi var:
“Dörd il bundan əvvəl heç kim ağlına belə gətirməzdi ki, bu məsələlərdə və bu formatlarda razılaşmaq olar. İki ölkə liderlərinin səyləri sayəsində bir çoxlarının həlledilməz hesab etdiyi situasiyalardan çıxış yolları tapıldı”.
Yeganə