Rusiya Ukraynanın ələ keçirdiyi ərazilərdə “referendum” hazırlığını demək olar ki, başa çatdırıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskiyin sözlərinə görə, “referendum”lar müxtəlif bölgələrdə keçirilə bilər. Ancaq ilk növbədə bunun Zaporojye və Xerson vilayətlərində baş tutacağı gözlənilir.
“Ukraynanın hərbi kəşfiyyatı hazırda ordakı bütün prosesləri aydın şəkildə izləyir. Bu gün biz bunu deyə bilərik ki, “referendum”la bağlı müvafiq seçki qərargahlarının yaradılması, seçici siyahıları, seçki komissiyalarının yaradılması kimi hazırlıq prosesləri demək olar başa çatıb”, – o bildirib.
İki böyük panda Çindən ABŞ-yə aparılıb
İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında...





















Son şərhlər