Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə fevralın 24-dək mövcud olan təmas xəttinin müzakirə oluna biləcəyini deyib. O, həmçinin prezident Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüş təklifinin qüvvədə qaldığını söyləyib.
Elchi.az xəbər verir ki, bu barədə Kuleba İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
XİN başçısının sözlərinə görə, sülhün yolu Ukrayna və Rusiya liderləri tərəfindən müzakirə edilməlidir.
Bundan əlavə, ukraynalıların ölkənin ərazi bütövlüyünü qorumağa davam edəcəklərini diqqətə çatdıran D.Kuleba Rusiyanın güc baxımından üstün olduğunu və Qərbin verdiyi silahlarla hətta Donbas cəbhəsində vəziyyəti sabitləşdirməyin mümkün olmadığını etiraf edib.