Rusiyanın Fövqəladə Hallar Komitəsi xilasedicilərin hazır olduğunu elan edib
Elchi.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin iki İl-76 təyyarəsi xilasedicilərlə birlikdə ölkənin cənub-şərqində baş vermiş zəlzələnin nəticələrinə yardım etmək üçün Türkiyəyə uçmağa hazırdır.
Bu barədə bazar ertəsi, fevralın 6-da nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə bir neçə saat ərzində “Centrospas” aviasiya dəstəsinin və “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatları Mərkəzinin 100 nəfər mütəxəssisi döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Rusiya Fövqəladə Hallar Nazirliyi Qaziantep vilayətində bu gecə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə yardım etmək üçün Türkiyə Respublikasına xilasedicilər göndərməyə hazırdır”.
Xatırladaq ki, bazar ertəsi, fevralın 6-na keçən gecə Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən 7,4 bal gücündə zəlzələ Türkiyənin bir çox şəhərinin dağılmasına səbəb olub, digər ölkələrdə də yeraltı gurultular qeydə alınıb. Son məlumatlara görə, Türkiyədə 280-dən çox insan qurban olub, 2 mindən çox insan yaralanıb.
Şayəstə