"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya Dövlət Dumasının deputatı: ‘Şimal-Cənub” layihəsini işə salmağın vaxtı çatıb’

03 Avqust 2016 - 13:06
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Rusiya Dövlət Dumasının deputatı: 'Şimal-Cənub

Rusiya Dövlət Dumasının LDPR fraksiyasından olan deputatı Roman Xudyakovun “Report” agentliyinə müsahibəsi:
– Roman İvanoviç, tez-tez Bakıda olursunuz. Azərbaycanlı həmkarlarınızla görüşlər nə dərəcədə məhsuldar alınır?
– Bu il artıq iki dəfə Bakıda olmuşam. Keçən il isə Prezident İlham Əliyevlə, Milli Məclisin sədri ilə görüşmüşdüm. Deyərdim ki, çox səmərəli və məhsuldar görüşlər oldu. Azərbaycan hər iki ölkə üçün mühüm olan bir sıra məsələləri həll etməyə can atır. Ən əsası qarşılıqlı anlaşma və hörmət mövcuddur. Bu, iqtisadi danışıqlar üçün yaxşı bonusdur. Hər ölkədə belə qarşılıqlı anlaşma tapa bilməzsiniz. Parlamentarilər arasında belə hörmət olduqda, əminliklə söyləmək olar ki, ölkələr arasında münasibətlərin gələcəyi var.
– Avqust ayında prezident Putinin Bakıya səfəri baş tutacaq. Bu, cari il ərzində üçüncü yüksək səviyyəli görüş olacaq. Sizcə, bu, ölkələr arasında münasibətlərin göstəricisidir?
– Rusiya və Azərbaycan prezidentləri arasında mövcud olan dostluq münasibətləri çox qiymətlidir. Bu, xalqlarımız arasındakı dostluq münasibətlərindən irəli gəlir. Azərbaycan yalnız böyük və güclü dövlət olmasına görə yox, həm də burada iqtisadi səmərə olduğuna görə, Rusiya ilə dost olmaq istəyir.
Biz yalnız öz maraqlarını güdən amerikalılar kimi deyilik. Rusiya həmişə bütün tərəflərin səmərəsi prinsipi əsasında tərəfdaşlıq münasibətləri təklif edir.
Tarix göstərir ki, amerikalılarla əməkdaşlıq sonradan bu ölkələrin özləri üçün təhlükəyə çevrilir. Onlar dərhal çoxlu pul qazanmağın mümkün olduğu cəlbedici şərtlər təklif edir, ancaq bütün bunlar utopiyadır. Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) razılaşması nümunəsində görürük ki, amerikalılar Avropanı tələyə salmağa çalışır. Rusiya isə hər bir tərəfdaşın bərabər paya malik olduğu şərtlər təklif edir.
– Görüşdə İran prezidenti də iştirak edəcək. Bu formatda Xəzərin bölünməsi üzrə 20 ildir davam edən mübahisəni həll etmək mümkündürmü?
– Xəzər dənizinin şelfinin bölgüsü bu gün gündəmdə dayanan qlobal məsələdir. Burada İran tərəfinin güzəştə getməyə hazır olmasından çox şey asılı olacaq. Biz dostluq və iqtisadi əməkdaşlıqdan yanayıq.
Tehran çətin iqtisadi şəraitdə yaşayan zaman, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə, dünyanın yarısı İrana qarşı olarkən onlar xilas oldular və bu anı heç şübhəsiz, gözəl xatırlayırlar. Çətin ki, bunu qısa müddətdən sonra bağışlamaq mümkün olsun. İndi ABŞ sanksiyaları aradan qaldırıb, amma sabah İran amerikalıların fikrincə, hansısa yanlış addım atan kimi sanksiaylar yenidən tətbiq ediləcək. Əlbəttə ki, Tehran bunu anlayır və müdrik siyasət yürüdür. Hardasa nəyisə itirib, amma əvəzində etibarlı dost və uzunmüddətli tərəfdaş tapmaq daha yaxşıdır. Ona görə də fikrimcə, İran müəyyən güzəştlərə gedəcək.
– “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı məsələlər də müzakirə olunacaq. Bu layihənin həyata keçirilməsi nə dərəcədə realdır?
– Hesab edirəm ki, bu layihəni işə salmağın vaxtı çatıb. İndi həm Rusiyanın, həm də Azərbaycanın müəyyən iqtisadi itkilərlə üzləşdiyini görə bilərik. Buna görə də itkilərin yerini doldurmaq və konsensus tapmaq üçün bu cür layihələri, əlbəttə ki, həyata keçirmək lazımdır. Danışdığımız bəsdir, iş görmək lazımdır. Həm də ona görə ki, vətəndaşlarımız daha yaxşı yaşasın. Bu, Azərbaycan üçün çox yaxşı müqavilə olacaq, axı siz tranzit ölkə statusuna malik olacaqsınız.
Dəniz hazırda yüklərin daşınması üçün ən ucuz vasitədir. Rusiya həmişə cənub dənizlərinə çıxış əldə etməyə çalışıb və çalışacaq da. Nəyə görə də Azərbaycan bu sahədə dostunu və qonşusunu dəstəkləməsin? Axı, rəsmi Bakı da bu işdən yaxşı dividendlər əldə edəcək.
– Bakı görüşü ilə demək olar, eyni zamanda Türkiyə prezidenti Ərdoğanın Rusiyaya səfəri gözlənilir. Bir çox analitiklər Moskva-Ankara-Tehran strateji ittifaqının yaradılacağını proqnozlaşdırır. Sizcə, bu, nə dərəcədə realdır?
– Hesab edirəm ki, belə ittifaq tam mümkündür. Rusiya bütün dünyada, o cümlədən bizim regionda təhlükəsizlik qarantı kimi çıxış edir. Prezidentimiz hər hansı bir ölkənin köməyinə gələ, orada qan tökülməsini dayandıra və oradan qalib kimi ayrıla biləcəyimizi sübut edib. Amerikalılar isə eyni vəziyyətdə tamamilə əksinə hərəkət edir: onlar lazımi anı gözləyir, ora daxil olur, çirkli pullarını yuyur, dividendlər qazanır, gələcəkdə öz fikirlərini, maraqlarını yeritmək üçün ordularını orada saxlayırlar. Buna görə də sağlam düşüncəli siyasətçilər Rusiya ilə əməkdaşlıq etməyə can atırlar.
Previous Post

Rusiya Dövlət Dumasının deputatı: ‘Şimal-Cənub” layihəsini işə salmağın vaxtı çatıb’

Next Post

690 bal toplayan abituriyent: ‘Neft çıxarmaq uşaqlıq arzum idi’

Bənzər yazılar

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

690 bal toplayan abituriyent: 'Neft çıxarmaq uşaqlıq arzum idi'

MSK: Seçici siyahıları referendumun yüksək səviyyədə keçirilməsi üçün tam hazır sayıla bilər

Son xəbərlər

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00
Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

11 İyul 2026 - 15:12
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb

11 İyul 2026 - 14:57
Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

Çində “Bavi” qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib

11 İyul 2026 - 14:41
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb – FOTO

11 İyul 2026 - 14:10
Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

11 İyul 2026 - 13:54
Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

11 İyul 2026 - 13:43
FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

FHN: Balakəndə su dolmuş ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir

11 İyul 2026 - 13:28
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

Sabirabadda məktəbdə yanğın olub

11 İyul 2026 - 13:16
Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ

11 İyul 2026 - 12:58
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

11 İyul 2026 - 12:40
Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

Niderland kəşfiyyatı: Rusiya NATO-nun logistik marşrutlarına nəzarət üçün müşahidə kameralarını sındırıb

11 İyul 2026 - 12:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.