Rusiyanın Sevastopoldakı Qara dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qalıb.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev deyib.
“Bu gün donanmanın qərargahının həyətinə PUA düşüb. Donanmanın 5 əməkdaşı yaralanıb, ölən yoxdur. Hadisə yerində FTX araşdırma aparır”, – Razvojayev bildirib.
Onun sözlərinə görə, Hərbi Dəniz Donanması Gününə həsr olunmuş bütün tədbirlər təhlükəsizlik səbəbindən ləğv edilib.
Ceyhun Bayramov Qabriela Ramosla görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...