"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“Rusiya casusları istəsə, hakimiyyətləri də dəyişərlər…”

16 Sentyabr 2014 - 16:01
in MARAQLI, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Polşanın “Polska” jurnalı əfsanəvi polyak kəşfiyyatçısı Aleksandr Makovskidən Rusiya kəşfiyyatının Ukraynaimg1635740 və digər keçmiş sovet respublikalarında, habelə Şərqi Avropadakı fəaliyyəti ilə bağlı müsahibə alıb.
Aleksandr Makovski casus oğludur, London və Vaşinqtonda böyüyüb, Harvard Universitetinin təqaüdçüsü olub, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Keykutadakı kəşfiyyat məktəbində təhsil alıb.
Polşa Təhlükəsizlik Xidmətinin XI şöbəsinin keçmiş rəhbəridir. Polşa kəşfiyyatının məxfi əməliyyatlarından bəhs edən “Bin Ladeni təqib edərkən. 1997-2000-ci illərdə əfqan tələsində” adlı kitabın müəllifidir.
Virtualaz.org saytı A.Makovskinin müsahibəsinin rus dilindən tərcüməsini təqdim edir:

*****

– Belə demək olarmı ki, Rusiya ilə Ukrayna arasında kəşfiyyat müharibəsi gedir?
– Rusiya üçün kəşfiyyat müharibəsi daim gedir, axı kəşfiyyat fəaliyyəti bu cür situasiyaları həmişə əvvəlcədən proqnozlaşdırır. Effektiv və iş qabiliyyətli kəşfiyyata malik olan prezident Putin gözəl bilirdi ki, Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişinin davamı nə olacaq. O bilirdi ki, növbəti addım Ukraynanın NATO-ya üzvlüyü olmalıdır. Bununla əlaqədar olaraq o sadə seçim qarşısında qaldı: ya Krım onun bazası olacaq, ya gələcək NATO bazasına çevriləcək. Bütün bu çaxnaşma da oradan başladı.
– Maraqlıdır , Rusiya kəşfiyyatının fəaliyyəti içəridən necə görünür? Məsələn, rus xüsusi xidmət orqanları Ukrayna ərazisində necə fəaliyyət göstərirlər?
– Rusiya kəşfiyyatı Ukraynada, Avropada, o cümlədən Polşada, ümumiyyətlə isə bütün dünyada intriqa yaratmaq və idarə etməklə məşğuldur. O, qlobal kəşfiyyatdır, arxasında on illər, hətta yüz illər boyu fasiləsiz davam edən iş dayanır, aktivləri uzun illərdir dünyanın bütün əhəmiyyət kəsb edən ölkələrində yerləşdirilir. Bu kəşfiyyat ən müxtəlif ssenarilərə hazırdır.
– Konkret olaraq nəyə..?
– Rusiya kəşfiyyatı agentura şəbəkəsinə əsaslanan kəşfiyyatdır, yəni o, agentlər üzərində qurulub. O, xarici dövlətlərdə, təşkilatlarda, ordularda, digər kəşfiyyatlarda özünə agentlər axtarıb tapır. Onların köməyi ilə informasiyaların toplanması ilə məşğul olur və harada lazım bilsə, orada qeyri-sabitlik yaradır. Mən hesab edirəm ki, Rusiya kəşfiyyatının Ukraynada imkanları daha böyükdür, orada praktiki olaraq nə istəsə edə bilər.
– Bu imkanlar haradan əldə edilib?
– Ukrayna praktiki olaraq hamının rus dilində danışdığı, Sovet İttifaqının bir hissəsi olmuş ölkədir. Ukrayna xüsusi xidmət orqanlarının zabitlərinin böyük əksəriyyəti rus kəşfiyyat məktəbini bitiriblər və onlar ruslarla bir-birlərini yaxşı tanıyırlar. Bu, ideal vəziyyətdir. Vaxtilə Şərqi Almaniya kəşfiyyatının Qərbi Almaniyada dərin infiltrasiya imkanları əldə etməsinə oxşayır. Əlbəttə, ruslar Ukrayna ilə yanaşı SSRİ-yə daxil olmuş digər respublikalarda, o cümlədən Estoniya, Latviya və Litvada da belə imkanlara malikdir. Estoniyada bu günlərdə baş vermiş hadisə buna misaldır.
– Ruslar eston əks-kəşfiyyat zabitini oğurladılar. Bu, necə mümkün oldu? Və nəyə görə..?
– Estoniya NATO-nun üzvüdür. ABŞ prezidenti Barak Obama bu yaxınlarda orada oldu və güclü nitqlə çıxış etdi. Bəyan etdi ki, Şimali Atlantika alyansı bütün üzvlərini qoruyacaq. Buna cavab olaraq ruslar eston xüsusi xidmət orqanlarının zabitini oğurladılar və müşahidə edirlər ki, bundan sonra nə baş verəcək. Mənim fikrimcə, Rusiya tərəfindən bu oyun ən azı iki il əvvəl qurulmuşdu. Həmin zabit isə Rusiya tərəfində öz mənbələrinə malik idi. Mən iddiaya girə bilərəm ki, mənbələrdən biri rusların “qurbanlıq ördəyi” olub. O, həmin zabitə müxtəlif informasiyalar ötürə, müəyyən məqamda isə onu indi oğurladıqları yerə aldadıb apara bilərdi.
– Siz burada hansı ssenari görürsünüz?
– Ssenari sadədir: o zabit rusların artıq elan etdiyi kimi məhkəmə qarşısında dayanacaq, oradan isə dünyaya müxtəlif informasiyalar gedəcək. Hər şey ondan asılıdır ki, həmin zabiti hansısa rus agenti ilə görüşdə çəkiblərmi, səsini yazıblarmı, həmin agent rusların işləri ilə bağlı hansısa məlumatları ötürübmü və s. Bütövlükdə ruslar göstərmək istəyirlər ki, NATO Estoniya ərazisindən onlara qarşı fəal kəşfiyyat işi aparır. Onlar Eduard Snoudenlə bağlı vəziyyətdə olduğu kimi bu vəziyyətdən də təbliğat sferasında fayda götürməyə çalışacaqlar.
– Həmin zabiti hansı cəza gözləyir?
– Məlumdur ki, onu 20 ilə qədər həbs gözləyir. Onun yeganə şansı odur ki, NATO-nun və onun hansısa xidmətlərinin əlində rus casusları olsun və onu həmin zabitlə dəyişdirsinlər.
– Ukraynaya qayıdaq. Hansı sübutlar var ki, Rusiya kəşfiyyatı orada məhz siz deyən kimi işləyir?
– Çox şey göstərir ki, Rusiya kəşfiyyatı Ukrayna ordusunun imkanlarını gözəl bilir, onun silahları, təchizatı, hansı hücum əməliyyatlarını planlaşdırdığı ilə tanışdır. Bilir ki, komandanlıqda kim kimdir. Mən istisna etmirəm ki, bütün bu məlumatlar separatçılara ötürülürdü və nəticədə onlar Ukrayna ordusunun əməliyyatlarına yaxşıca hazırlıq görə bilirdilər. Nəticədə Ukrayna tərəfi onları qəfil yaxalaya bilmirdi. Burada rusların hərbi və mülki kəşfiyyatlarının işini bir-birindən ayırmaq lazımdır. Ancaq Ukraynaya gəldikdə onların hər ikisinin qarşısında dayanan məqsəd ölkədə qeyri-sabitlik yaratmaqdır. Bundan əlavə indiki situasiyada Rusiya kəşfiyyatının fəaliyyəti Ukrayna ilə məhdudlaşmır. O, aydınlaşdırmağa çalışır ki, NATO hansı addımları atır, Fransa, ABŞ və Almaniya kimi ölkələr nə dərəcədə qətiyyətlidir. Yəni ruslar başa düşməyə çalışır ki, onlar Ukraynada və ya Baltik ölkələrində müxtəlif hərəkətlərlə bağlı nə dərəcədə uzağa gedə bilərlər. Mən inanıram ki, bu kəşfiyyat olduqca dəqiq məlumatlar ala bilir və prezident-polkovnik Putin kifayət qədər yaxşı bilir ki, o, özünə nəyi rəva görə bilər.
– Ukraynada Amerika kəşfiyyatı hansı rol oynayır?
– O, Rusiya kəşfiyyatı Qərbdə nə işlə məşğul olursa, o işi görür: rusların hədəfinin nədən ibarət olduğu barədə informasiya almaq istəyir, separatçıların nə etdiyi, nə qədər uzağa gedə biləcəkləri ilə maraqlanır. Amerikalılar aydınlaşdırmaq istəyir ki, ukraynalılar Avropa İttifaqına daxil olmağa nə dərəcədə hazırdır, onların ruslara müqavimət imkanı necədir. Bu, Birləşmiş Ştatlarla Rusiya arasında qlobal xarakter daşıyan irimiqyaslı oyundur, Ukrayna bu oyunda epizodlardan yalnız biridir.
– Amerika kəşfiyyatı Ukraynaya hansı köməyi göstərə bilər?
– Bu dəstək haqda açıq danışırlar. Axı Amerika kəşfiyyatı müxtəlif peyk çəkilişlərini açmağa qərar verir, bu şəkillərdə rusların mövqeləri, onların texnikası, Ukrayna ərazisində hərəkəti görünür. Lakin problem ondan ibarətdir ki, amerikalılar ilk növbədə elektron kəşfiyyata üstünlük verdilər. Bu sahədə onlar ustadır, ancaq agentura kəşfiyyatında amerikalıların işləri yaxşı getmir. Bu isə o deməkdir ki, əgər onların Kremldə, bilavasitə Putinin ətrafında  agentləri yoxdursa, deməli, amerikalılar Rusiya prezidentinin növbəti addımın nədən ibarət olacağını da yaxşı bilmirlər. İndiki situasiyada isə ən başlıcası budur.
– Hansı yaxşıdır – əla agentura kəşfiyyatına malik olmaq, yoxsa fantastik texnikaya..?
– Mən Polşa kəşfiyyatı barədə danışıram. Bizi həmişə belə öyrədiblər ki, kəşfiyyatda əsas silah agentdir, texnika isə əlavə köməkçi rolunda çıxış edir. Texnikanı bu və ya digər yolla aldatmaq olur. Amma əgər sərəncamınızda konkret dövlət başçısının, yaxud konkret hərbi qərargahın planlarına çıxış imkanları olan, yaxşı yoxlanılmış, sınaqdan çıxarılmış agent varsa, bu, qiyməti sözlə ifadə oluna bilməyən böyük üstünlükdür. Onu heç bir texnika əvəz edə bilməz. Xüsusilə də çoxqütblü dünyada agentura kəşfiyyatının misli yoxdur.
– Rusiyada mülki və hərbi kəşfiyyatın rollarının ayrılmasının mahiyyəti nədən ibarətdir?
– Onlar bir-birini tamamlamalıdır. Hərbi kəşfiyyat ilk növbədə Ukrayna ordusunun imkanlarını öyrənməklə məşğuldur. O, Ukraynada baş verənləri müşahidə edir, orada başqa ölkələrdən olan insanların döyüşüb-döyüşməməsini öyrənir, NATO çərçivəsindəki müxtəlif milli qoşun növlərinin hərəkətlərini izləyir. Mülki kəşfiyyat isə ilk növbədə Qərbin və ABŞ-ın Ukrayna hadisələrinə münasibətini və rusiyalıların atdığı addımları öyrənməklə məşğul olur. Məqsəd bu suala cavab tapmaq üçün məlumat toplamaqdır: “Biz bir addım da irəli getsək, Qərb nə edəcək?”
– Ruslar “biz Ukraynaya silah satmağa hazırıq” deyən Polşa müdafiə naziri Tomaş Semonyakın bu bəyanatına reaksiya verə bilərlərmi?
– Bunun Rusiyadan ötrü heç bir xüsusi əhəmiyyəti yoxdur. Çünki Ukraynanın müdafiə sənayesi kifayət qədər yaxşı səviyyədədir. Bir neçə silah növünü çıxmaq şərtilə Ukraynada özlərinə lazım olan hər şey var. Kiyevin problemi silahla bağlı deyil. Kiyevin əsas problemi pis komandanlığı olan, pis təlim görən zəif ordudur. Əsas məsələ də budur. Ukrayna yaxın zamanlara qədər hətta Polşadan da böyük silah ixracatçısı idi. Orada kifayət qədər silah var. Özü də silahları da yaxşıdır.
– Polşa ekspertləri deyirlər ki, polyak mətbuatı Ukrayna münaqişəsini təhrif olunmuş formada təqdim edir. Bu cür baxışlar Rusiya təbliğatının təsirinin nəticəsi sayıla bilərmi?
– Ruslar öz təbliğatını aparır, Qərb də özününkünü. Polşa əlbəttə ki, Qərbin bir parçasıdır. Buna görə də təbliğat oyunlarında iştirak edir. Lakin belə deyim ki, istənilən kəşfiyyatın qarşı tərəfi necə anlamağa dair köhnə metodikası var. Qarşı tərəfin oturduğu stulda oturmaq, onun kimi düşünməyə başlamaq lazımdır. O zaman sənin üçün müəmmalı olan məsələlər aydın olacaq. Əgər biz oturub Putin kimi düşünsək, onda bəlli olacaq ki, onun bütün hərəkətlərinin nəticələrinin açıq-aydın olacağını görəcəyik. Putin heç bir sürpriz yaratmır. Aydın məsələ idi, əgər Avropa İttifaqı Ukrayna ilə Assosiasiya sazişi imzalamaq istəyirdisə, Putin avtomatik şəkildə belə qərar verməli idi ki, növbəti addım Ukraynanı NATO üzvlüyünə dəvət etmək olacaq.
Bu məntiqdən çıxış edən Putinin seçimi çox sadə idi: “Mən buna ya yol verməliyəm, ya da yox”. Putin Rusiyanın qulağının dibində Ukrayna boyda NATO dövlətinin peyda olmasını istəmədiyi üçün buna yol verməmək qərarına gəldi. İlk addım Krımın tutulması oldu. Krım Putin üçün müstəsna əhəmiyyətə malik idi. Çünki Krım Aralıq dənizinə pəncərə, deməli, dünyanın yarısına çıxış deməkdir. Əgər biz qarşı tərəfin nə düşündüyünü anlamağa çalışsaq, bu zaman heç bir sürpriz olmaz. Belə metodikaya malik olan, özü də ondan tez-tez istifadə edən Qərb, xüsusilə də amerikalılar baş verənlərdən bu üzdən zərrə qədər də təəccüblənmədilər. Rusiya ilə ABŞ arasında bu gün də davam edən bu oyunların kökü hələ “soyuq müharibə” dövrünə gedib çıxır. Bu, onlar üçün adi işdir.
– Bu oyunlar Polşa kontekstində necə görünür?
– Rusiya kimi ölkə həm Polşada, həm də digər regionlarda baş verənlərə hansısa formada təsir göstərməyə həmişə çalışıb və çalışır. Rusiyanın imkanlarının bu və ya digər partiyanın qələbəsini təmin edəcək səviyyədə böyük olacağına tam əmin deyiləm. Lakin Rusiya buna bu və ya digər dərəcədə təsir göstərə bilər. Buna misal olaraq Putinin “Tu” təyyarəsinin qalıqlarını Varşavaya bir ildən sonra vermək və Polşadakı resurslarını fəallaşdırmaq barədəki qərarını göstərmək olar. O zaman bizdə təyyarənin qalıqları ətrafında mübahisələr qızışacaq və Smolensk aviaqəzası ilə bağlı başqa süjetlər meydana çıxacaqdı. Təyyarə qalıqları ətrafındakı diskussiyalar bütün seçkiqabağı kampaniyanın sifətini dəyişəcəkdi. Buna əminəm.
– Bu, seçkinin nəticələrinə təsir edə bilərmi?
– Edə bilər. Rusiyada bizim ölkəmizdə müxtəlif hadisələr törətməyə qadir bütöv qərargahlar işləyir. Deməli, onlar belə bir ssenarini düşünüblər.
– Rus casusları polyak xarakterini çox yaxşımı bilirlər?
– Məncə, onlar bunu polyakların özündən də yaxşı bilirlər. Bizə uzaqdan baxan kənar müşahidəçi polyakların özünə qarşı istifadəsi mümkün olan müxtəlif elementləri daha asanlıqla və soyuq başla, heç bir hissə qapılmadan sezə bilir.
– Polyak kəşfiyyatının rus kəşfiyyatına qarşı çıxmağa imkan verəcək öz metodları varmı?
– Buna inanıram və əminəm ki, şərq istiqaməti polyak kəşfiyyatı üçün ən əsas istiqamətdir. Lakin gördüyümüz kimi, Ukraynada məsələ artıq bitib. Qərb Krım məsələsi ilə də, Luqansk və Donetskdə geniş muxtariyyət məsələsi ilə də artıq barışıb. İndi ən böyük təhlükə bütün dünya boyunca özünü göstərən xilafətlər məsələsidir.
– Yəni İslam siyasi sistemi… Üsamə bin Ladeni “ovlayan”, sonra da bunu öz kitabında təsvir edən adam bu məsələdən yəqin ki, daha yaxşı baş çıxarar…
– Putin Avropada və ya başqa yerdə heç vaxt açıq müharibəyə girişməyəcək. Xilafətlərə gəlincə isə onlardan biri artıq Suriya və İraqda yaranıb. Nigeriya və Somalidə də xilafətlər mövcuddur. Tezliklə Əfqanıstanda da yaranacaq. Avropada 15 milyon rusiyalı yoxdur. Amma bu qədər müsəlman var. Həyat islamçılara yeni silah verib. Məsələn, Ebola virusu kimi. Təsəvvür edin ki, islamçılar 100-200 nəfər cihadçını bu virusa yoluxdurub onları Avropaya göndərdi. O zaman Qərbdə insanları bürüyəcək qorxu və dəhşət hissi 11 sentyabr teraktlarının təkrarlanması ehtimalının yaratdığı qorxu hissindən qat-qat güclü olardı. Bu isə ən real təhlükədir.
Tags: SAVAŞ
Previous Post

“Rusiya casusları istəsə, hakimiyyətləri də dəyişərlər…”

Next Post

İran əhalisinin sayı 77 milyon 700 min nəfəri ötdü

Bənzər yazılar

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edildi

Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib

05 İyun 2026 - 10:07

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisinin Avropa çempionu olması ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir: "2022-ci...

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

Next Post

İran əhalisinin sayı 77 milyon 700 min nəfəri ötdü

İran əhalisinin sayı 77 milyon 700 min nəfəri ötdü

Son xəbərlər

Putin: Kiyev daxili siyasətindəki vəziyyətə görə böhranı həll etməyə hazır deyil

Putin: Kiyev daxili siyasətindəki vəziyyətə görə böhranı həll etməyə hazır deyil

05 İyun 2026 - 11:14
Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

Tokayev “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunu imzaladı

05 İyun 2026 - 11:01
Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

Dünyada bir ilk: Süni intellekt peyvənd hazırladı

05 İyun 2026 - 10:53
Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

Texnologiya şirkəti xəbərdarlıq edir: Süni intellekt “əyləc pedalına” ehtiyac duyur

05 İyun 2026 - 10:45
Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

Asiya El Ninoya hazırlaşır: Gözlənilməz və riskli

05 İyun 2026 - 10:38
Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

Zelenskinin Putinə məktubu: Ukrayna müharibəsi ilə bağlı üzbəüz danışıqlara çağırış

05 İyun 2026 - 10:26
Bot internet trafiki insan internet trafikini üstələyir

Bot internet trafiki insan internet trafikini üstələyir

05 İyun 2026 - 10:14
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edildi

Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib

05 İyun 2026 - 10:07
Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

05 İyun 2026 - 10:00
Bu il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək

Qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib

05 İyun 2026 - 09:55
Sabah Şəkinin bəzi küçələrində qaz olmayacaq

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

05 İyun 2026 - 09:46
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş yenidən ucuzlaşıb

05 İyun 2026 - 09:34
Biləcərinin bir hissəsində işıq olmayacaq

Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

05 İyun 2026 - 09:21
Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.