2023-cü ildə hökumət büdcə kəsirini mərhələli şəkildə azaltmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, Rusiyanın 2022-ci ildə büdcə xərcləri 29 trilyondan 30 trilyon rubla qədər artıb, maliyyə naziri Anton Siluanov bildirib.
“Xərclər 29 trilyon rubl olub, ÜDM-in 0,9%-i kəsir. İndi biz gözləyirik ki, 30 trilyon rubldan çox olacaq”, – Maliyyə Nazirliyinin rəhbəri jurnalistlərə müsahibəsində bildirib.
Nazirin qeyd etdiyi kimi, Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra makroiqtisadi şərait dəyişib, ona görə də külli miqdarda maliyyə vəsaiti tələb olunub. Siluanovun sözlərinə görə, hökumətin 2023-cü ildə büdcə kəsirini ÜDM-in 2%-dən tədricən azaltmaq planları dəyişməyib. Həmçinin, Maliyyə Nazirliyində gözlənildiyi kimi kəsir 2025-ci ildə ÜDM-in 0,7%-nə qədər azalacaq.
KP.RU saytının yazdığı kimi, bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bu ilin yanvar-sentyabr ayları üçün ölkə büdcəsinin gəlirlərinin illik ifadədə 10%, xərclərinin isə 5,5% artdığını bildirib.
Şayəstə