Xerson şəhərindəki vilayət administrasiyasının üzərindən Rusiya bayrağı çıxarılıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hətta Rusiya ordusu Xerson vilayətinin Çernobayevka, Stepanovka və Belozyorkadakı postlarını tərk ediblər.
Xersondakı separatçıların rəhbəri Kirill Stremousov isə deyib ki, rus qoşunları vilayətin sol sahilinə köçürülür:
“Çox güman ki, qoşunlarımız Xerson vilayətinin sol sahilinə köçürüləcək və Xersondan köçməyə vaxtı olmayanlar mümkün qədər tez sol sahilə getməlidirlər”.
Banklar və enerji sektoru hədəfdə: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı 22-ci sanksiyalar paketini elan edib. Təxminən 60 Rusiya bankının beynəlxalq ödəniş...





















Son şərhlər