Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda deyilir.
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb
BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini...





















Son şərhlər