Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar”, – məlumatda deyilir.
Sülhə doğru əlavə addımlar atırıq – Prezident
Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Elchi.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev...