Rusiya – Azərbaycan oyunu Ravşan İrmatova tapşırıldı

🗓 27.08.2014 20:22 ✍️ "Elçi" qəzeti

Azərbaycan millisinin növbəti oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Rusiya ilə sentyabrın 3-də baş tutacaq yoldaşlıq oyununu özbəkistanlı ədalət təmsilçiləri idarə edəcək.

irmatov
Moskvanın “Ximki Arena” stadionunda keçiriləcək qarşılaşma məşhur Ravşan İrmatova tapşırılıb. Dünya çempionatlarının final mərhələlərində fit çaldığı matçların sayında rekordçu olan FİFA referisinə həmyerliləri Abduhamidullo Rasulov və Alişer Usmanov kömək edəcək.
Qeyd edək ki, İrmatov DÇ-2010-da və DÇ-2014-də ümumilikdə 9 matçın baş hakimi olub. Özbəkistanlı Asiya kuboku, klublararası dünya çempionatının finalında iş başında olub, 2012-ci ilin Olimpiya Oyunlarında iştirak edib. Təcrübəli referi dəfələrlə Asiyanın ən yaxşı hakimi seçilib.

Bənzər yazılar