Avropaya göndərilən neftin 20 faizi Asiya bazarlarına yönəldilir.
Elchi.az xəbər verir ki,Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Avropaya göndərdiyi neftin 20 faizini Çin və Hindistan kimi Asiya bazarlarına yönəltdiklərini açıqlayıb.
Moskvada keçirilən “İnformasiya” forumunda enerji bazarlarında baş verən hadisələri qiymətləndirən Rusiya Baş nazirinin müavini Aleksandr Novak Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bəzi qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupu arasında əməkdaşlığın uzunmüddətli ola biləcəyini ifadə edib.
Novak deyib: “OPEC+ sazişinin müddəti 2023-cü ilin sonunda başa çatır. Amma bizim bir neçə il əvvəl imzaladığımız müqavilə var. Əgər hərəkətlərimizi əlaqələndirməyə ehtiyac yoxdursa, biz sadəcə olaraq görüşəcəyik, dünya bazarlarındakı vəziyyəti müzakirə edəcəyik və birgə layihələrlə bağlı məsləhətləşəcəyik”.
Nuranə Məmmədova