Rusiya 31 Yeni Zelandiyalıya hökumət rəsmiləri və jurnalistlərin ölkəyə girişini qadağan edib

35

Qərar Vellinqtonun Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalarına cavab olaraq qəbul edilib.
Elchi.az xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, Rusiya hakimiyyəti hökumət rəsmiləri və jurnalistlər arasından 31 Yeni Zelandiya vətəndaşının ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub.
“Anti-Rusiya gündəmini təbliğ etməkdə və Kiyevdə rejimi dəstəkləməkdə iştirak edən hökumət rəsmiləri, jurnalistlər və ictimai xadimlərdən əlavə 31 Yeni Zelandiyalı üçün ölkəmizə qeyri-müəyyən müddətə giriş bağlanıb”, – nazirliyin bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qərar Yeni Zelandiyanın Rusiya fiziki və hüquqi şəxslərinə qarşı “kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində” tətbiq edilən sanksiyalarına cavab olaraq qəbul edilib. Moskva qeyd edib ki, Vellinqton anti-Rusiya kursundan əl çəkmək niyyətində deyil və yeni sanksiyalar tətbiq etməkdə davam edir, bununla əlaqədar Rusiya Yeni Zelandiya nümayəndələrinin “stop siyahısı”nı genişləndirəcək.

Şayəstə